Polşa Rusiyaya etiraz etdi



 12:01 11.05.2023     316

Polşa Xarici İşlər Nazirliyi Rusiyanın Varşavadakı səfiri Sergey Andreyevi nazirliyə çağıraraq ona etiraz notası verib.

Demedia.az xəbər verir ki, buna səbəb  Rusiyaya məxsus döyüş təyyarəsinin Polşa Sərhəd Mühafizəsinə məxsus təyyarəyə “təhlükəli” yaxınlaşması olub. Bununla bağlı Polşa Xarici İşlər Nazirliyinin sözçüsü Lukas Jasina tvitter hesabında paylaşım edib. Rusiyanın Varşavadakı səfiri Sergey Andreyevin Nazirliyə çağırıldığını qeyd edən Jasina, səfirə xəbərdarlıq edildiyini ifadə edib. Onun sözlərinə görə, Rusiya təyyarəsinin Polşa təyyarəsinə yaxınlaşması ciddi beynəlxalq insidentdir. “Biz Rusiyanın aqressiv davranışını qətiyyətlə pisləyirik” – deyə  Lukas Jasina qeyd edib.

Polşa mətbuatının  məlumatına görə, Rusiyanın Su-35 qırıcı təyyarəsi Qara dəniz üzərindəki beynəlxalq hava məkanında planlı patrul xidməti həyata keçirən Polşa Sərhəd Mühafizəsinin təyyarəsinə “təhlükəli” formada yaxınlaşıb. Rusiya təyyarəsi aqressiv və təhlükəli manevrlər edib.

Bahadur Seyidov