ABŞ Ukraynaya 1,2 milyard dollar yardım edəcək



 14:02 11.05.2023     316

ABŞ-ın Müdafiə Nazirliyi Ukraynaya 1,2 milyard dollar yardım edəcəklərini açıqlayıb.

Demedia.az xəbər verir ki, məlumata görə, dəstək, Təhlükəsizliyə Yardım Təşəbbüsü çərçivəsində Ukrayna ordusuna artilleriya və hava hücumundan müdafiə sistemlərinə sursat tədarükü üçün edilir.

"Bu yardım paketi Kiyevə Ukrayna Təhlükəsizliyinə Yardım Təşəbbüsünün bir hissəsi olaraq veriləcək. Yardımdan Ukraynanın hava müdafiəsini gücləndirmək, artilleriya arsenalının ehtiyaclarını ödəmək üçün istifadə ediləcək və ümumi dəyəri 1,2 milyard dollar olacaq” - Pentaqonun yazılı açıqlamasında qeyd edilib.

Məlumata görə, bundan əlavə Ukraynaya  hava hücumundan müdafiə sistemləri və döyüş sursatları, raketlər, radarlar və digər hərbi texnikalar veriləcək.

Bahadur Seyidov