Çin kosmik stansiyaya beşinci tədarük missiyasını başa vurdu



 13:03 11.05.2023     329

Çin Yerin orbitində qurduğu kosmik stansiyaya beşinci tədarük missiyasını başa vurub.

Demedia.az xəbər verir ki, bu barədə Çinin rəsmi dairələri məlumat verib. Bildirilir ki, “Tiencou-6” yük gəmisi kosmik stansiyanın əsas moduluna uğurla yaxınlaşıb. Bildirilir ki, yük gəmisi “Long March 7 Y7” raketi ilə Haynan adasındakı Vinçanq Kosmik Gəmi Başlatma Mərkəzindən buraxılıb. Yük gəmisi Yerin orbitinə kosmik stansiya üçün yanacaq, ehtiyat hissələri, texniki xidmət və tətbiq avadanlıqları, həmçinin stansiyada çalışan 3 nəfərlik heyət üçün təchizat daşıyıb.

Qeyd edək ki, ABŞ kosmosun tədqiqi sahəsində Çinlə əməkdaşlığı qadağan etdiyi və onun Beynəlxalq Kosmik Stansiya proqramında iştirakına mane olduğu üçün Çin öz kosmik stansiyasının yaradılması üzərində işləyir.

Bahadur Seyidov