Nigeriyada kilsədə girov götürülən şəxslər azad edildi



 15:42 11.05.2023     327

Nigeriyanın Kaduna əyalətində kilsəyə hücum zamanı girov götürülən 25 nəfərdən 11-i sərbəst buraxılıb.

Demedia.az xəbər verir ki, bu barədə  Nigeriya Xristian Birliyinin Kaduna əyalətinin rəhbəri Cozef Hayab açıqlama verib. O bildirilib ki, kilsədə dua zamanı silahlı şəxslər tərəfindən qaçırılan 25 nəfərdən 11-nin sərbəst buraxılıb. Həyab onların azadlığa buraxılması üçün fidyənin ödənilib-ödənilməməsi barədə ətraflı məlumat verməyib.

Qeyd edək ki, ötən həftə silahlı şəxslər Kaduna əyalətinin Çikun rayonundakı “Bege Baptist” kilsəsində dua edənlərə hücum edib. Hücumda 40 nəfər qaçırılıb. Daha sonra 15 nəfər öz səyləri nəticəsində silahlıların əlindən qaça bilib.

Bahadur Seyidov