Donetskin hər cəbhəsində qarşıdurma davam edir



 16:01 11.05.2023     338

Ukrayna ordusunun Xarkov və Xerson vilayətlərində Rusiya ordusuna qarşı əks-hücumlarından sonra Donetsk vilayətində toqquşmalar daha da şiddətlənib.

Demedia.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat verib. Bildirilir ki,  Xerson, Luqansk, Zaporojye, Xerson, Xarkov və digər vilayətlərdə toqquşmalar davam edir, lakin ən gərgin döyüşlər Donetskdə yaşanır. Məlumata görə, Ukrayna artilleriya və hava bölmələri Rusiyanın mövqelərini güclü atəşə tutur.

Artilleriya və hava hücumundan müdafiə sistemlərinin səslərinin tez-tez eşidildiyi bölgədə tank və zirehli texnikanın intensiv fəaliyyəti diqqət çəkir. Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələrinin tez-tez alçaqdan uçduğu bölgənin hər cəbhəsində qarşıdurma davam edir.

Bahadur Seyidov