Kiyev hələ əks-hücuma keçməyəcək - Zelenski



 18:34 11.05.2023     383

Kiyevin Rusiyaya qarşı əks-hücuma başlamaq üçün daha çox vaxta ehtiyacı var.

Demedia.az xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski belə açıqlama verib. O xarici KİV-lərə açıqlamasında bildirib ki, Ukrayna indi hücuma keçsə daha çox itki verəcək.  "Ukrayna indi hücuma keçə bilər, lakin çoxlu hərbçi itirəcək. Belə vəziyyət qəbuledilməzdir", - deyən Zelenski Ukrayna qoşunlarının hazır olduğunu, lakin hələ də müəyyən hərbi dəstək gözlədiyini bildirib.

Qeyd edək ki, ABŞ dövlət katibi Antoni Blinken Ukraynanın əks-hücuma başlamaq üçün lazım hərbi dəstəyi aldığını bildirib.

Bahadur Seyidov