Suriya Moskva görüşü barədə açıqlama verdi



 17:21 11.05.2023     311

Dəməşq Türkiyə və Suriya xarici işlər nazirlərinin də iştirak etdi Moskvadakı dördtərəfli görüşlə bağlı açıqlama verib.

Demedia.az xəbər verir ki, Suriyanın rəsmi agentliyində Suriyanın xarici işlər naziri Feysəl əl-Mikdadın fikirləri yer alıb. Mikdad Türkiyəli hərbçilərin Suriyadakı mövcudluğuna diqqət çəkərək bildirib ki, xarici hərbçilər Suriya ərazisindən çıxmasa razılığa gəlmək mümkün deyil. Suriyanın əsas məqsədinin öz ərazisində bütün xarici hərbi varlığa son qoymaq olduğunu qeyd edən Mikdad, Suriya ilə Türkiyə arasında ortaq məqsəd və maraqların olduğunu bildirib.

 “Bütün çətinliklərə baxmayaraq iki xalqın arzularına xidmət etmək üçün rus və iranlı dostların köməyi və dəstəyi ilə birgə işləmək imkanı var. Bunu istəklə və ya sözlə etmək olmaz, aydın və praktik yanaşma tələb edir” - Feysəl əl-Mikdad deyib.

Bahadur Seyidov