Anxel Di Mariadan Türkiyə qərarı



 22:05 11.05.2023     523

"Yuventus"la müqaviləsi mövsümün sonunda başa çatacaq Anxel Di Maria üçün yeni iddia ortaya çıxıb.

Demedia.az xəbər verir ki, Fabrizio Romanonun xəbərinə görə; Argentinalı futbolçu "Yuventus"la yeni müqavilədə ciddi irəliləyiş əldə edib.

Xəbərdə danışıqların müsbət istiqamətdə getdiyi və bunun qısa müddətdə aydınlaşacağı bildirilib.

Di Marianın da "Yuventus"da qalmaq istədiyi bildirilib. Argentinalı ulduz daha əvvəl "Yuventus"da xoşbəxtəm. Hələlik heç nə aydın deyil. Hazırda bütün diqqətimi UEFA Kubokuna yönəltmişəm. Mövsümün sonunda nə olacağını görəcəyik" deyib. 

Futbolçunun Türkiyəyə transfer ehtimalının çox çətin olduğu da bildirilib. Futbolçu ilə "Qalatasaray"ın maraqlandığı məlum idi.

“Yuventus”un heyətində ümumilikdə 34 oyun keçirən 35 yaşlı futbolçu 8 qol vurub, 7 məhsuldar ötürmə edib.

Aysun / Demedia.az