Rihanna oğlu ilə birlikdə...



 22:36 11.05.2023     598

Dünyaca məşhur barbadoslu müğənni Rihannanın gizli saxladığı 1 yaşlı oğlunun adı nəhayət ortaya çıxıb.

Demedia.az xəbər verir ki, Britaniyanın “Daily Mail” qəzeti müğənninin ASAP Rocky ilə münasibətindən dünyaya gələn oğlunun doğum şəhadətnaməsini taparaq adını açıqlayıb.

ASAP Rocky və Rihanna'nın oğlunun adı: RZA Athelston Mayers. 35 yaşlı müğənni oğlunun adı üçün məşhur hip-hop əfsanəsi Vu-Tanq Clanqdan ilhamlanıb. İllərdir musiqi studiyasında olmayan məşhur müğənni fevralın 12-də Super Bowl-da səhnəyə çıxıb və ikinci dəfə hamilə olduğunu açıqlayıb.

Aysun / Demedia.az