Kriştiano Ronaldonun anası ayrılıq iddialarına cavab verdi



 18:00 12.05.2023     499

Ayrılacağı bildirilən Kriştiano Ronaldo və Corciya Rodriges üçün yeni açıqlama gəlib. Portuqaliyalı futbolçunun anası ayrılıq iddialarından sonra səssizliyini pozub.

Demedia.az xəbər verir ki, Ronaldonun anası Maria Dolores Aveiro cütlüklə bağlı xəbərlərin həqiqəti əks etdirmədiyini bildirib.

Averiro, "Bütün cütlər mübahisə edər. Çıxan xəbərlərin hamısı yalandır" sözlərini istifadə edib.

Corciya Rodriges də Ronaldodan ayrılması xəbərindən sonra "Qısqanc şayiələr uydurur, dedi-qodu yayır və axmaqlar buna inanır" sözlərini paylaşıb.

CMTV bu yaxınlarda yazmışdı ki, Cristiano Ronaldo və Georgina Rodriguez çətin günlər keçir. Xəbərdə 7 ildir birlikdə olan cütlüyün ayrılacağı iddia edilib. Ayrılığın baş verəcəyi təqdirdə Kriştiano Ronaldonun Corcina Rodrigesə 350 milyon avro ödəyə biləcəyi bildirilirdi. Bu pulun Ronaldonun sərvətinin 35 faizinə uyğun olduğu bildirilib.

Digər tərəfdən, Cristiano Ronaldo Georgina Rodriguez-in davamlı alış-veriş etdiyi xəbərlərinə şikayət edib. Jurnalist Daniel Nascimento, Ronaldonun "Georgine gününü həmişə alış-veriş mərkəzlərində keçirir. Ona görə də əsəbiləşir. O, xərcləyir, xərcləyir və xərcləyir, başqa heç nə etmir" dediyini bildirib.

Aysun / Demedia.az