ABŞ və Çin arasında vacib görüş oldu



 12:54 12.05.2023     320

ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan Çinin ən yüksək vəzifəli diplomatı, Çin Kommunist Partiyasının Mərkəzi Xarici Əlaqələr Komissiyası ofisinin direktoru Vanq Yi ilə görüşüb.

Demedia.az xəbər verir ki, bu barədə Ağ Ev və Çindən yazılı açıqlamalar verilib. Bildirilib ki, Sallivan və Vanq Avstriyanın paytaxtı Vyanada görüşüb. Bu görüş, fevral ayında Çin hava şarının ABŞ hava məkanına daxil olması nəticəsində yaranan böhrandan sonra Vaşinqton və Pekin arasında ən yüksək səviyyəli diplomatik təmas olub.

Ağ Evin açıqlamasına görə, tərəflər ABŞ-Çin ikitərəfli münasibətlərindəki mühüm məsələlər, eləcə də qlobal və regional təhlükəsizlik məsələləri, Rusiya-Ukrayna müharibəsi və digər məsələlər ətrafında səmimi, konkret və konstruktiv danışıqlar aparıblar.

Bahadur Seyidov