Shakira və Hamilton: Elə vəziyyətdə yaxalandılar ki...



 20:02 12.05.2023     545

Jerar Pike ilə ayrılması çox danışılan Şakiranın adı bir neçə gün əvvəl Tom Kruzla hallanıb.

Demedia.az xəbər verir ki, lakin məşhur müğənninin Lyuis Həmiltonla münasibətdə olduğu rəsmiləşib.

"Barselona"nın keçmiş futbolçusu Jerar Pike ilə Şakiranın 11 illik münasibəti Pikenin Şakiranı aldatması ilə bitib. Aldatmadan bu yana gündəmdən düşməyən ikili arasında yeni inkişaflar yaşanmağa davam edir.

Ayrıldıqdan sonra iki övladına qəyyumluq edən Şakira Barselonadan ayrılaraq uşaqları ilə birlikdə ABŞ-ın Mayami şəhərinə köçüb. Pike ilə bağlanan müqaviləyə əsasən, keçmiş futbolçu ayda 10 gün uşaqları ilə görüşmək hüququna malik olacaqdı. U

Hazırda Mayamidə yaşayan 46 yaşlı müğənni Formula 1 yarışlarında Tom Kruzla birlikdə görüntülənib. İkisinin bir-birinə yaxın olması onların arasında sevgi dedi-qodularına səbəb olub.

Tom Kruzla dedi-qodularından sonra Formula 1 ulduzu Lyuis Həmiltonla şam yeməyində görüntülənən müğənninin bu dəfə Həmiltonla birlikdə olduğu iddia edilib.

Həmiltonla yayılan söz-söhbətlərdən sonra qayıqdan birlikdə görüntülənən müğənninin Formula 1 ulduzu ilə birlikdə olduğu məlum olub. İngilis pilot Mayamidə mətbuata yaxalanan Şakiraya qayığa minməyə kömək edib.

Aysun / Demedia.az