Ərdoğan Yunanıstana dostluq mesajı ünvanladı



 14:24 12.05.2023     319

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstana dostluq mesajı göndərib.

Demedia.az xəbər verir ki, “Kathimerini” qəzetinə danışan Ərdoğan “Biz düşmənçilikləri bir kənara qoya bilərik” deyib. O, Türkiyə-Yunanıstan münasibətlərində yeni dövrə başlamaq barədə çağırış edib. Ərdoğan seçkilərdə qalib gələcəyinə əmin olduğunu bildirib. Ərdoğanın sözlərinə görə, meydanlarda keçirilən böyük mitinqlər buna işarə edir, xalq öz iradəsini göstərir. Prezident xatırladıb ki, Türkiyədən bir həftə sonra, mayın 21-də Yunanıstanda da seçkilər keçiriləcək.

“Biz Yunanıstanla düşmənçilik və rəqabəti bir kənara qoya bilərik” deyən Ərdoğan, hərbi məsələlərin hər iki ölkəni yorduğunu deyib.

Bahadur Seyidov