"Biz gücsüz deyilik, heç bir itki bizi sındıra bilməz"



 14:41 12.05.2023     283

İki Qarabağ müharibəsi iştirakçısı, İctimai Televiziyanın aparıcısı İlham Tumas şəhid Raquf Orucovun həyat yoldaşı ilə bağlı paylaşım edib. O, Zəfər Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucovanı doğum günü münasibət ilə təbrik edib. 

"Rəhmətlik Raquf ailəsindən, yaxınlarından danışan adam deyildi. Axı, belə şeylər hər kişinin qalasıdır, hər kəsə danışmaq olmaz. Sevinc xanımı Raqufun şəhadətindən sonra tanıdıq və bir daha əmin olduq ki, hər bir güclü kişinin arxasında bir güclü qadın dayanır. Sevinc Orucova belə qadındı. Raquf kimi oğulun itkisi hamımıza ağır dərd oldu, görün Sevinc xanım nələr çəkdi, nələr çəkir? Ancaq dəyanətli bacımız yaşamı, fəaliyyəti, ağırbatman şəxsiyyətiylə bu dərdi daşımaqla həm də bütün şəhid ailələrinə, şəhidlərimizin yaxınlarına, elə bizə də dayaq durdu, təsəlli verdi. Mehrini öz balalarıyla birgə şəhid övladlarına saldı, Azərbaycan cəmiyyəti üçün örnək, nümunə, "biz gücsüz deyilik, heç bir itki bizi sındıra bilməz" fikrinin bayraqdarı oldu. Sevinc xanım fəaliyyəti, işləriylə hamımıza bəyan etdi ki, ən böyük iş Vətən, Dövlət, Xalq üçün görülən işlərdi. Hamımızın fəxrisən, doğum günün qutlu olsun, bacım! Raqufun ruhu şaddır, inşallah!"

Demedia.az saytının redaksiyası da bu təbrikə qoşulur, əfsanəvi qəhrəmanımızın həyat yoldaşını təbrik edir, gələcək fəaliyyətində ona uğurlar arzulayırıq.  

AYŞƏN