Uşaqlar üçün təhlükəli əyləncə... - VİDEO



 23:48 12.05.2023     963

Türkiyədə uşaqlar üçün təhlükəli əyləncə növü yenidən gündəm olub.

Demedia.az xəbər verir ki, Diyarbakırın Sur ilçesindeki tarixi Anzele Parkında olan su hovuzu təhlükəli və qadağan olmasına baxmayaraq bu il də uşaqlar üçün əyləncə məkanına çevrilib.

Uşaqlar təxminən 3 metrlik yüksəklikdən hovuza tullanırlar.

Həmin məhəllədə yaşayan Metin Sönmez, bu vəziyyətin təhlükəli bir əyləncəyə çevrildiyini bildirib.

Həmin görüntüləri təqdim edirik:

Aysun / Demedia.az