Tripoli ilə İstanbul arasında gəmi səfərləri başladı



 15:08 12.05.2023     326

Liviyanın payaxtı Tripoli ilə İstanbul arasında gəmi səfərləri başlayıb.

Demedia.az xəbər verir ki, bu barədə Misrata Dəniz Vağzalının sosial media hesabında məlumat verilib. Bildirilib ki, “Kevalay Queen” gəmisi Tripolidən İstanbula ilk səfərini həyata keçirmək üçün limandan ayrılıb. Açıqlamada “Kevalay Queen” gəmisi, onun sərnişinləri və ekipaj üzvləri barədə fotolar paylaşılıb.

Qeyd edək ki, iki il əvvəl 25 ildən sonra Liviyanın Misrata şəhəri ilə İzmir arasında kruizlər başlamışdı. Liviyada daxili qarşıdurmalardan sonra iki ölkə arasında gəmi səfələrində ləngiləmər müşahidə edilirdi.

Bahadur Seyidov