Arktika Şurasına sədrlik Rusiyadan Norveçə keçdi
Arktika bölgəsindəki problemlərə diqqət çəkən Arktika Şurasına sədrlik Rusiyadan Norveçə keçib.
Demedia.az xəbər verir ki, əvvəlki mərasimlərdən fərqli olaraq, Arktika Şurasına sədrliyin Norveçə təhvil verilməsi xarici işlər nazirləri deyil, yüksək səviyyəli nümayəndələrin iştirakı ilə onlayn keçirilib.
Qeyd edək ki, Ukrayna müharibəsi ilə əlaqədar Qərb ölkələrinin Rusiyaya münasibəti Arktika Şurasının işinə də təsir edib. Şura 1996-cı ildə yarandığı gündən bəri, Rusiyanın sədrlik etdiyi iki il ərzində böhran yaşayıb. Kanada, Danimarka, Finlandiya, İslandiya, Norveç, İsveç və ABŞ Rusiyanın Ukraynaya müdaxiləsinə cavab olaraq Arktika Şurasında iştirakını dayandırıb. Bu səbəbdən də Rusiyanın ev sahibliyi etməsi planlaşdırılan görüşlərə Qərb dövlətləri nümayəndə göndərməyib.
Bahadur Seyidov