ABŞ Yəmənin birliyini və sabitliyini dəstəkləyir - Səfir



 15:59 12.05.2023     315

ABŞ Yəmənin birliyini və sabitliyini dəstəkləyir.

Demedia.az xəbər verir ki, bu barədə ABŞ-ın Sənadakı səfiri Stiven Fagin açıqlama verib. Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Yəmənin xarici işlər naziri Əhməd Avad bin Mübarəklə ABŞ səfiri Stiven Fagin arasında görüş keçirilib. Görüş zamanı Yəməndəki son hadisələr və sülhün bərqərar edilməsi səyləri nəzərdən keçirilib. Fagin vurğulayıb ki, ölkəsi Yəmənin təhlükəsizliyini, birliyini və sabitliyini dəstəkləməkdə qətiyyətlidir. Yəmənin xarici işlər naziri Əhməd Avad bin Mübarək isə bildirib ki, ölkəsi Səudiyyə Ərəbistanının Yəməndə sülhü bərpa etmək səylərini alqışlayır.

Qeyd edək ki, Yəməndə üsyançı Husilərlə hökumət arasında dialoq bərpa edilib.

Bahadur Seyidov