UEFA-dan İstanbul açıqlaması: “Planlaşdırıldığı kimi həyata keçiriləcək”



 21:02 12.05.2023     549

UEFA 2023-cü ildə UEFA Çempionlar Liqasının finalının keçiriləcəyi İstanbulla bağlı açıqlama verib.

Demedia.az xəbər verir ki, İngiltərə mətbuatının iddialarını rədd edən UEFA, "2023 UEFA Çempionlar Liqasının finalı planlaşdırıldığı kimi 10 iyun 2023-cü ildə İstanbulda oynanılacaq" vurğulayıb.

İngiltərənin "Daily Mail" qəzetinin Atatürk Olimpiya Stadionunda oynanılacaq 2023 UEFA Çempionlar Liqasının final matçının mənbə göstərilmədən İstanbuldan alınaraq Portuqaliyaya verilməsi ilə bağlı iddiasına UEFA cavab verib.

UEFA-dan verilən açıqlamada deyirlir: "2023 UEFA Çempionlar Liqasının finalı planlaşdırıldığı kimi 10 iyun 2023-cü ildə İstanbulda oynanılacaq. UEFA-nın bunun əksi ilə bağlı heç bir siyasi qurum, hökumət və ya milli futbol federasiyası ilə müzakirəsi yoxdur".

Aysun / Demedia.az