Lavrov Qərbi tənqid etdi
Qərb ölkələri Rusiyaya qarşı beynəlxalq hüquq normalarından açıq şəkildə sui-istifadə edir.
Demedia.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib. O bəyan edib ki, Ukraynadakı xüsusi hərbi əməliyyat BMT Nizamnaməsinə uyğun olaraq həyata keçirilir. ABŞ və müttəfiqlərinin beynəlxalq hüquqdan sui-istifadə etdiyini qeyd edən Lavrov, Kiyevin Beynəlxalq Ədalət Məhkəməsində qaldırdığı iddiaların əksəriyyəti Avropa İttifaqı və NATO üzvü olan 30-dan çox ölkə tərəfindən dəstəkləndiyini xatırladıb.
Rusiyanın beynəlxalq hüquqları pozması barədə iddialara cavab verən Lavrov bildirib ki, Qərb özü Yuqoslaviya, İraq və Liviyada beynəlxalq hüququ pozub.
Bahadur Seyidov