Evdə südvəzinizi bu cür yoxlayın. / Video



 16:40 12.05.2023     668

Demək olar ki, hər dəfə süd vəzi xərçəngindən qorunmaq və zamanlı müalicə üçün həkim müayinələrinin vacibliyini qeyd edirik.

Erkən diaqnozun əhəmiyyətini, müəyyən yaş dövrünü keçən qadınlarda vaxtlı-vaxtında evdə müayinəni (öz-özünü müayinə), ildə 1-2 dəfə isə həkim qəbulunda müayinəni diqqətdən kənar saxlamaq olmaz.

Nəzərdə saxlamaq lazımdır ki, 30-35 yaşa qədər evdə əllə müayinə olunmaq vacib olsa da, bu yaş dövrünü keçdikdən sonra həkim qəbulunda olmaq zəruri hesab olunur. Çünki bu zamandan sonra daha professional müayinə üsullarına ehtiyac yaranır. Son dövrlərdə nisbətən gənc qadınlarda da bu xəstəliyin geniş yayılması müayinə yaşının da gəncləşməsinə, hər qadının öz sağlamlığına diqqətli yanaşmasına bir çağırışdır.

Onkoloq- Mammoloq Cərrah İndira Səfərova evdə südvəzini necə müayinə etmək lazım olduğunu videoda ətraflı məlumat verir.

Onkoloq- Mammoloq Cərrah İndira Səfərova kanalında yayımlanan həmin videonu sizinlə bölüşürük:

Aysun Həsənova / DEMEDİA.AZ