Rus qoşunları geri çəkilməyə məcbur edildi - Zelenski



 16:42 12.05.2023     304

Ukrayna qüvvələri ölkənin şərq cəbhəsində bəzi istiqamətlərdə rus qoşunlarını geri çəkilməyə məcbur edib.

Demedia.az xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski  belə açıqlama verib. Zelenski sosial media hesabındakı açıqlamasında  Ali Baş Komandanın Qərargahında iclas keçirdiklərini bildirib. İclasda Ukrayna Quru Qoşunları və Şərq Qüvvələrinin komandanı Aleksandr Sirskinin çıxış etdiyini qeyd edən Zelenski bildirib ki, ordu böyük səylə düşməni dayandırır. Zelenski qeyd edib ki, görüşdə Tavriya, Odessa və Şimal bölgələrinin müdafiə qüvvələri komandirləri də müvafiq cəbhələrdə mövcud vəziyyət barədə məlumat veriblər və bu bölgələr nəzarət altındadır.

Görüşdə Ukrayna ordusunun prioritet ehtiyaclarını müəyyən etdiklərinə diqqət çəkən Zelenski bildirib ki, yeni yaradılan briqadaların texnika və sursatla təchiz olunması ilə bağlı məlumatlar məruzə edilib.

Bahadur Seyidov