ABŞ-dan Gürcüstana Putinin fərmanı ilə bağlı xəbərdarlıq



 17:19 12.05.2023     306

Gürcüstan Rusiya ilə uçuşları bərpa edərsə, sanksiyalarla üzləşə bilər.

Demedia.az xəbər verir ki, ABŞ Dövlət Departamentinin sözçünün müavini Vedant Patel belə deyib. O bildirib ki, Gürcüstan Rusiya ilə birbaşa uçuşları bərpa edərsə, ABŞ gürcü şirkətlərinə qarşı sanksiyalar tətbiq edə bilər.

“Rusiya ilə Gürcüstan arasında birbaşa uçuşlar bərpa olunarsa, təbii ki, Gürcüstandakı şirkətlər idxal və ixrac nəzarəti tədbirlərinə məruz qalan təyyarələrə xidmət etsələr, sanksiya riski ilə üzləşə bilərlər”, - Patel bildirib.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin mayın 15-dən etibarən Rusiya aviaşirkətlərinin Gürcüstana uçuşlarına qadağaların aradan qaldırılması və Gürcüstan vətəndaşları üçün vizaların ləğv edilməsi ilə bağlı fərmanlar imzalayıb.

Bahadur Seyidov