Makron və Zelenski Parisdə görüşdü



 14:15 15.05.2023     334

Fransa prezidenti Emmanuel Makron və Ukrayna prezidenti Vladimir Zelenski Parisdə görüşüb.

Demedia.az xəbər verir ki, Yelisey sarayı Makron və Zelenskinin təxminən 3 saat davam edən görüşü ilə bağlı açıqlama verib. Məlumata görə, liderlərlər Ukrayna-Rusiya müharibəsini müzakirə edib. Vurğulanıb ki, Rusiya öz hərbi qüvvələrini Ukrayna ərazisindən dərhal və qeyd-şərtsiz çıxarmalıdır. Fransa və Ukrayna Rusiyanı Zaporojye Atom Elektrik Stansiyasından çıxmağa çağırıb. Bəyanatda Fransanın Ukraynanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə sadiq olduğu vurğulanıb.

Bildirilib ki, Paris rəhbərliyi lazım olduğu müddətcə Ukraynaya siyasi, maliyyə, humanitar və hərbi dəstəyini davam etdirəcək.

Bahadur Seyidov