Avstriyada tiktok qadağan edildi



 14:42 15.05.2023     311

Avstriyada tiktokdan federal hökumətə məxsus rəsmi cihazlarda istifadə qadağan edilib.

Demedia.az xəbər verir ki, bu barədə Avstriyanın daxili işlər naziri Gerhard Karner açıqlama verib. O bildirib ki, Daxili İşlər Nazirliyinin nəzdində yaradılmış ekspert komitəsi tiktok tətbiqi ilə bağlı araşdırma apararaq qərar qəbul edib. Qərarə görə, dövlət məmurları tiktokdan şəxsi cihazlarında istifadə edə biləcək. Lakin hökumətə məxsus rəsmi telefonlarda tiktokdan istifadə qadağan edilib.

Nazirin sözlərinə görə, tiktok Çin dövlətinə aid olduğu üçün informasiya və məlumatlarla bağlı müxtəlif narahatlıqlar doğurur.

Bahadur Seyidov