BMT TŞ Sudandakı münaqişəyə müdaxilə etməyi nəzərdən keçirmir



 15:19 15.05.2023     312

BMT Təhlükəsizlik Şurası Sudandakı münaqişəyə müdaxilə etməyi nəzərdən keçirmir.

Demedia.az xəbər verir ki, Sudanın BMT-dəki daimi nümayəndəsi İdris Əl-Harit Mohammed  belə açıqlama verib. Nyu-Yorkda BMT binasında jurnalistlərin suallarını cavablandıran nümayəndə bildirib ki, Sudan hökuməti və ordusu hücum deyil, müdafiə mövqeyindədir. Onun sözlərinə görə, ordu ilə mübarizə aparan Çevik Dəstək Qüvvələri müxtəlif qruplar arasında nüfuzunu itirir.

BMT Təhlükəsizlik Şurasının planı ilə bağlı suala Əl-Harit Mohammed, "Düzünü desəm, biz BMT Təhlükəsizlik Şurasının bu işə qarışmasını üstün tutmuruq” deyə cavab verib. Onun sözlərinə görə, BMT Afrikanın problemlərinə Afrika Birliyinin həll tapacağına inanır.

Bahadur Seyidov