“Binance” Kanada bazarından çəkilir



 10:58 15.05.2023     219

Dünyanın ən böyük kriptovalyutası olan “Binance” Kanada bazarından çəkilir.

Demedia.az xəbər verir ki, bu barədə şirkətdən açıqlama verilib. Bildirilib ki, kriptovalyutalar üçün investor məhdudiyyətləri ilə bağlı yeni tənzimləmələr “Binance”ın  Kanada bazarında fəaliyyət göstərməsini çətinləşdirib. Buna görə də şirkət digər aparıcı kripto şirkətlərinə qoşularaq Kanada bazarından çəkiləcək. Açıqlamada qeyd edilir ki, şirkət Kanadalı istifadəçilərini saxlamaq üçün alternativ üsullar axtarsa da, uğurlu çıxış yolu tapılmayıb.

Qeyd edək ki, Kanada kripto-aktiv ticarət platformaları üçün qaydaları sərtləşdirib.

Bahadur Seyidov