Qazaxıstan Türkiyə əlaqələri daha da güclənəcək - XİN



 16:12 15.05.2023     312

Qazaxıstan baş nazirinin müavini və xarici işlər naziri Murat Nurtileu bildirib ki, Türkiyə ilə əlaqələr nümunəvidir və bundan sonra da gücləndirilməlidir.

Demedia.az xəbər verir ki, Qazaxıstanın Xarici İşlər Nazirliyinin məlumatına görə, Nurtileu Türkiyənin Astanadakı səfiri Mustafa Kapucunu qəbul edib. Görüşdə ikitərəfli əməkdaşlıq, gələcək perspektivlər və gündəlikdə duran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Qazaxıstan və Türkiyə arasında əlaqələrin nümunəvi olduğunu qeyd edən Nurtileu, ticari-iqtisadi əməkdaşlığın, birgə investisiya layihələrinin həyata keçirilməsinin daha da gücləndirilməsinin vacibliyini vurğulayıb.

Səfir Kapucu da ikitərəfli əməkdaşlıqda müsbət inkişaf dinamikasını yüksək qiymətləndirdiklərini və Türkiyə ilə Qazaxıstan arasında strateji əlaqələrin möhkəmlənməsinə töhfə verməyə hazır olduqlarını qeyd edib.

Bahadur Seyidov