ABŞ Suriyadan qoşunlarını çıxarmalıdır - Birgə bəyanat



 17:12 15.05.2023     331

ABŞ Suriyadan qoşunlarını çıxarmalı və qaçqın düşərgələrini Dəməşqin nəzarətinə verməlidir.

Demedia.az xəbər verir ki, Rusiya-Suriya Nazirlərlərarası Koordinasiya Mərkəzinin birgə bəyanatında belə deyilir. Məlumata görə, Rusiya və Suriya arasında Rusiya-Suriya Nazirlərlərarası Koordinasiya Mərkəzinin birgə bəyanatı imzalanıb. “Bir daha beynəlxalq ictimaiyyətin diqqətini ABŞ-ın işğalçı qüvvələrinin Suriya ərazisində hərbi mövcudluğuna, neft və buğda oğurluğuna, Suriya dövlətinin səylərinə mane olan qeyri-qanuni birtərəfli sanksiyaların ciddi mənfi nəticələrinə cəlb etmək istərdik. Yalnız ABŞ hərbi kontingentinin ölkədən çıxarılması və Suriya hökumətinin qaçqın düşərgələrinə nəzarəti insanların tamamilə dinc həyata qayıtmasını təmin edə bilər.

Suriya hökumətinin xalqı dinc həyata qaytarmaq üçün bütün səyləri Suriya ərazilərinin bir hissəsini işğal etməkdə, neft və buğda oğurlamaqda və terror təşkilatlarına dəstək verməkdə davam edən ABŞ və müttəfiqlərinin müqaviməti ilə üzləşir” - bəyanatda deyilir.

Bahadur Seyidov