NATO-nun Arktikadakı fəaliyyəti gərginliyi artıra bilər - Rusiya



 17:42 15.05.2023     412

Rusiya mətbuatına açıqlama verən Xarici İşlər Nazirliyinin xüsusi səlahiyyətli səfiri Nikolay Korçunov NATO-nun Arktikadakı fəaliyyətlərinin yaratdığı təhlükəyə diqqət çəkib.

Demedia.az xəbər verir ki, o bildirib ki, NATO-nun Arktikadakı fəaliyyəti bölgədə gərginliyin artmasına səbəb ola bilər.

"NATO-nun bu regionda hərbi fəaliyyəti davam edir. Alyansın oradakı hərbi təlimlərinin əhatə dairəsi genişlənir və regiondan kənar ölkələr də bu təlimlərdə fəal iştirak edir. NATO ölkələrinin hərbi potensialı geniş miqyasda artmaqda davam edir. Bununla da, regionda gərginlik arta bilər”, - Korçunov bildirib.

Bahadur Seyidov