Rusiya Türkiyədəki seçkiləri diqqətlə izləyir - Peskov



 16:47 15.05.2023     299

Rusiya ilə Türkiyə bir çox sahədə əməkdaşlıq etdiyinə görə Rusiya Türkiyədəki seçkiləri diqqətlə izləyir.

Demedia.az xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov belə açıqlama verib. O bildirib ki, Rusiya türk xalqının seçiminə hörmətlə yanaşır və hörmətlə yanaşacaq. Peskovun sözlərinə görə, Rusiya Türkiyə ilə əməkdaşlığın davam edəcəyini gözləyir.

“Biz Türkiyə ilə enerji, turizm, ticarət, kənd təsərrüfatı kimi müxtəlif sahələrdə geniş miqyasda qarşılıqlı faydalı əməkdaşlıq edirik. Bu əməkdaşlıq türk və rus xalqlarının maraqları istiqamətində inkişaf edir. Bu səbəbdən seçkilərlə bağlı Türkiyədən gələn xəbərləri böyük maraqla izləyirik” – Peskov deyib.

Bahadur Seyidov