Türk Dövlətləri Təşkilatından seçkilərlə bağlı açıqlama
Türk Dövlətləri Təşkilatının Beynəlxalq Seçki Müşahidə Missiyası Türkiyədə keçirilən prezident və parlament seçkiləri ilə bağlı açıqlama verib.
Demedia.az xəbər verir ki, açıqlamada deyilir ki, prezident və parlament seçkiləri açıq, şəffaf və rəqabətli, Türkiyənin milli qanunvericiliyinə və ümumi qəbul edilmiş beynəlxalq seçki standartlarına uyğun keçib. Yazılı açıqlamada təşkilatın nümayəndə heyətinin seçkilərdə müşahidə apardığı açıqlanıb.
Bəyanatda deyilir ki, Türk Dövlətləri Təşkilatının baş katibinin müavini səfir Yerjan Mukaşın rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibinə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistan parlamentinin üzvləri, mərkəzi seçki komissiyasının nümayəndələri və diplomatlar da daxil olmaqla 30 nümayəndə daxildir.
Bahadur Seyidov