Ölüm yaşlı cütlüyü bir addımda belə ayırdı...



 18:00 15.05.2023     542

Türkiyədə Sakaryanın Sapanca rayonunda gecə saatlarında baş verən qəzada avtomobilin vurduğu 73 yaşlı qadın həyatını itirib.

Demedia.az xəbər verir ki, yolu keçmək istəyən yaşlı cütlüyü bir addımla ayıran qəza təhlükəsizlik kameralarına əks olunub.

Qəza 12 May Şənbə günü saat 23.40 radələrində Sapancanın Güldibi Məhəlləsi, İzmit Prospektində meydana gəlib. Əldə edilən məlumata görə, əri ilə yolu keçmək istəyən 73 yaşlı Adile Balcını Alaattin A. (21) idarə etdiyi 34 PH 0184 dövlət nömrə nişanlı avtomobil vurub.

Dəhşətli qəzanın təhlükəsizlik kamerası görüntüləri ortaya çıxıb.

Aysun / Demedia.az