Məzarıqda ŞOK: İnsan sümüyü əvəzinə...



 18:31 15.05.2023     538

Türkiyədə qeyri-adi hadisə yaşanıb.

Demedia.az xəbər verir ki, Kayseridə qəbiristanlığa gedən qadın orada insan sümüyü tapdığını deyib və polis qruplarını səfərbər edib.

Araşdırmalarda sümüyün bir heyvana aid olduğu müəyyən edilib.

Əldə edilən məlumata görə, Tanpınar Mahallesi Şəhid Mehmet Erciyes küçəsində yerləşən qəbiristanlığı ziyarət etməyə gedən qadın məzarın üstündə insan sümüyü tapdığını bildirib.

Xəbərdarlığın ardından hadisə yerinə gedən polis qrupları, təxminən yarım saat davam edən axtarış işləri nəticəsində xəbərçinin insan sümükləri gördüyünü iddia etdiyi məzarı tapıb və araşdırıb. Qruplar tərəfindən edilən araşdırmada, xəbərçinin iddia etdiyi sümüklərin heyvan sümükləri olduğu aydın olub.

Aysun / Demedia.az