Kuryoz HADİSƏ: Oğurlamaq istədiyi kassanın altında qaldı



 19:01 15.05.2023     568

Türkiyənin Qaziantep bölgəsində bir şəxs girdiyi məsciddə oğurlamaq istədiyi yardım qutusunun altında qalaraq yaralanıb.

Demedia.az xəbər verir ki, həmin anlar məsciddəki təhlükəsizlik kameralarına əks olunarkən, saniyə saniyə "İlahi ədalət yerini tapdı" cümləsi yada düşür.

Hadisə dünən günorta saatlarında Şahinbəy rayonundakı Hacı Vəli məscidində baş verib. İddiaya görə, heç kim olmadığı halda məscidə gələn bir şəxs yardım pullarının olduğu seyfə diqqət çəkib. Bir müddət ətrafını seyr edən şübhəli şəxs daha sonra gördüyü seyfi qucaqlayıb. Şübhəli qucaqladığı seyfin çəkisini hesablaya bilməyəndə onun altında qalaraq xəsarət alıb.

Aysun / Demedia.az