Ulduz qapıçı transferində "Fənərbaxça"ya şad xəbər - Müqavilə pozuldu



 20:02 15.05.2023     556

Növbəti mövsüm üçün transfer çalışmalarını davam etdirən "Fənərbaxça"nın gündəmində olan xorvatiyalı qapıçı Livakoviçin transferi ilə bağlı yeni xəbər yayılıb.

Demedia.az xəbər verir ki, “Fənərbağça”nın İstanbulda Livakoviçin meneceri ilə görüşü və prinsipial razılığa gəlməsi azarkeşlərdə böyük həyəcan yaradıb.

"Vilyarreal" xorvatiyalı qapıçıya görə Zaqreb "Dinamo"su ilə əl sıxışıb. Bununla belə, yaxşı xəbər var. "Dinamo"nun onlara əlavə tələblər irəli sürməsindən sonra iki klub arasında razılaşmanın pozulduğu bildirilib.

İspaniya mətbuatı Vilyarrealın bu transfer üçün masadan kənarda qaldığını və bu mövsüm "Jirona"nın qapısını qoruyan Paulo Qazzanigaya üz tutduğunu yazıb. İtalyan qapıçının ifadəsi Fulhemdə olsa da, müqaviləsi mövsümün sonunda başa çatır. Bu inkişafla sarı-göylər Dominik Livakoviçin transferinə ən güclü namizəd oldu. "Fənərbağça" hazırda Zaqreb "Dinamo"su ilə danışıqlar aparır. 28 yaşlı qolkiperin müqaviləsində onun 10 milyon avro qarşılığında sərbəst buraxılacağı ilə bağlı bənd var. Lakin rəhbərlik bu rəqəmdən aşağı qiymətə işi bitirməyi planlaşdırır.

Aysun / Demedia.az