Çarə bal və darçında gizlidir...



 20:33 15.05.2023     798

Burun ətrafında əmələ gəlməyə başlayan qara nöqtələr zəhlətökən məsələlərdən biridir.

Demedia.az xəbər verir ki, dəridəki məsamələrin tıxanması ilə "dəri probleminə" çevrilmiş qara nöqtələrdən xilas olmaq çox vaxt çətin ola bilər.

Qara nöqtələrdən qurtulmaq üçün 3 praktik təklifi təqdim edirik.

1- Bal və darçın
Səhər yeməyinin əvəzolunmazı olan bal, antioksidan xüsusiyyətləri sayəsində orqanizmi müxtəlif iltihab və infeksiyalardan qoruyan əhəmiyyətli bir şəfa mənbəyidir. Əslində bir çox araşdırmaların nəticələrinə görə dəriyə xeyirli olduğu deyilir.

Dəridəki qara nöqtələrdən xilas olmaq üçün bal və darçın qarışdıraraq üz maskası əldə edə bilərsiniz. Bir xörək qaşığı balı yarım çay qaşığı darçınla qarışdırın və yaranan üz maskasını üzünüzə 3 dəqiqə masaj edin. Sonra ilıq su ilə yuyub üz üçün nəmləndirici istifadə edə bilərsiniz.

2- Yumurta ağı
Biz artıq yumurta ağına “qara nöqtə bandı” deyə bilərik. Üstəlik, evdə hazırlamaq olduqca sadədir. Qara nöqtələrdən təbii bir zolaq əldə etmək üçün yumurtanın sarısı və ağını ayırmaq kifayətdir.

Yumurta ağını nazik bir təbəqə ilə üzünüzə çəkin. Maskanın birinci qatı quruduqdan sonra ikinci qat üçün də eyni əməliyyatı təkrarlayın. Yumurtanın ağı qurumağa başlayacaq və tədricən ağ maska ​​görünüşü alacaq. Üzünüz yaxşı dartıldıqda, maskanı soyub üzünüzü yuya bilərsiniz.

3- Yaşıl çay
Bir çox xəstəliyə yaxşı olduğu bilinən yaşıl çay həm də təbii dəriyə qulluq vasitəsidir. Dərinizdəki qara ləkələrdən xilas olmaq istəyirsinizsə, yaşıl çayın pilinqini sınaya bilərsiniz. Yaşıl çayı az miqdarda su ilə qarışdırıb maska ​​kimi çəkin, 2-3 dəqiqə üzünüzdə saxlayın və sonra ilıq su ilə yuyun. Qara nöqtələri azaltmaq üçün tətbiq edilən bu üsulu nizamlı olaraq tətbiq etdikdə sağlam nəticələr əldə edə bilərsiniz.