Gündə 1 stəkan nar dənəsi yesəniz nə olar?



 21:34 15.05.2023     554

Nar kalium, maqnezium, natrium, kalsium, sink və dəmir kimi minerallarla zəngin olduğu kimi fol turşusu kimi bir çox vitamin ehtiva edən bir meyvədir

Demedia.az xəbər verir ki, gündə 1 stəkan nar dənəsi istehlak etmək çox faydalıdır.

Əgər şəkər xəstəsisinizsə, narı daha az və nəzarətli şəkildə istehlak etməlisiniz.

1- Oynaq ağrılarına yaxşı gəlir

Tərkibindəki yüksək antioksidant tərkibi ilə orqanizmdə xroniki iltihabın qarşısını ala bilir və bədəndəki iltihabın azalmasına dəstək olur. Bu təsirlər sayəsində oynaq ağrılarının aradan qaldırılmasına və artrit kimi oynaq xəstəliklərinin müalicəsinə kömək edir.

2- Damarları qoruyur

Tədqiqatlara görə, yüksək antioksidan gücü olan nar şirəsi LDL (bədxassəli) xolesterini aşağı sala bilir və trombositlərin aktivləşməsini azaldaraq aterosklerozun (damarların sərtləşməsi) qarşısını alır.

3- Dəridəki qırışları gecikdirə bilər

Yaşla bədəndə antioksidanların istehsalı yavaşlayır. Bədəndə antioksidantların azalması da dəridə qırışların yaranmasına və sürətlə qocalmasına səbəb olur. Tərkibindəki zəngin antioksidantlar sayəsində nar dəridə qırışların əmələ gəlməsini gecikdirir və qocalmanın təsirlərini azaldır. Narın dənələrində olan punik turşusu (omeqa 3 yağ turşusu) də dərinin nəm itkisini azaltmağa kömək edir və qocalmanın təsirini ləngidir.

4- Şişlərə qarşı təsirli ola bilər

Narın tərkibindəki zəngin antioksidantlar orqanizmi xəstəliklərə qarşı daha davamlı edir. Xərçəngə qarşı qoruyucu təsir göstərir və xərçəng hüceyrələrinin çoxalmasının qarşısını alır. Xüsusilə araşdırmalar göstərib ki, nar şirəsi istehlakı prostat və kolon xərçənginə qarşı profilaktik təsir göstərir.

5- Yaddaşı gücləndirir

Narın tərkibindəki antioksidan komponentlər və xüsusilə də ləpəsində olan əvəzolunmaz yağ turşusu olan punisik turşusu yaddaşı gücləndirmək kimi mühüm funksiyaya malikdir. Bu təsirindən ötəri narın Alzheimer xəstəliyinin müalicəsində mühüm rol oynadığı düşünülür.

6- Qəbizliyə yaxşı gəlir

Qeyri-kafi lif qəbulu qəbizliyin ən çox görülən səbəblərindən biridir. Tərkibində çox yüksək lif olan nar qəbizliyə yaxşı gəlir. Təkcə nar yemək deyil, nar suyu içmək də qəbizliyi aradan qaldırmağa və qarşısını almağa kömək edir. Ancaq unudulmamalıdır ki, narın çox istehlakı həddindən artıq lif qəbuluna və qəbizliyə səbəb ola bilər.

Aysun / Demedia.az