Məşhur aktyordan ÜZÜCÜ XƏBƏR: Ölümnə az qalıb...



 23:09 15.05.2023     494

Məşhur sənətçi Dolf Lundqren “In Depth With Graham Bensinger” verilişinin qonağı olub.

Demedia.az xəbər verir ki, 65 yaşlı dünya şöhrətli aktyor 2015-ci ildə həkimlər böyrəyində şiş aşkarladıqdan sonra xərçənglə sakitcə mübarizə apardığını açıqlayıb.

"Rocky" serialından İvan Draqo 2020-ci ildə reflü olduğunu düşünərkən, şişin yayıldığı ortaya çıxdı. Xərçəng hüceyrələrinin cərrahi yolla çıxarıldığını bildirən aktyor bu ifadələrdən istifadə edib:

"Elə bir film var idi ki, onun rejissorluğunu və baş rolda oynayacağım. Alabamada çəkilişlərə hazırlaşarkən həkim mənə zəng edib dedi ki, qaraciyərində başqa şiş tapılıb. O an anladım ki, bu ciddi bir şeydir".

Lundqren bildirib ki, həkim ona şişin o qədər böyüdüyünü və əməliyyat oluna bilməyəcəyini bildirib. Bu, onun dəhşətli yan təsirlərə məruz qalacağı fərqli bir müalicə demək idi. Lundqrenin nişanlısı Emma Krokdal deyib: "Onun ağzı, əlləri, ayaqları ağrıyırdı. O, isti, soyuq və ya ədviyyatlı heç nə yeyə bilmirdi. Yeməkdə çətinlik çəkirdi, amma çox arıqlayıb".

İsveçli aktyor xəstəliyi zamanı ona iki-üç il ömür verildiyini etiraf edib.

Aysun / Demedia.az