"Fənərbağça"dan Napoliyə, sonra isə... - Tarixi transfer



 18:00 16.05.2023     440

"Fənərbağça"dakı çıxışı ilə "Napoli"yə gedən və çempionluq qazanan Kim tarixi transferə hazırlaşır.

Demedia.az xəbər verir ki, Cənubi Koreyalı ulduz "Fənərbaxça"nın ödədiyi məbləğin 16 qatına başqa kluba gedir.

"Fənərbaxça"da uğurlu çıxışı ilə "Renn" və "Napoli"nin ardından Kim Min Jae 18 milyon avroya İtaliya nəhənginə transfer olunub. 

Kim Min Jae uğurlu çıxışını İtaliyada davam etdirdi. İtaliya mətbuatı "Mançester Siti" və "Mançester Yunayted"in Cənubi Koreyalı ulduzu yaxından izlədiyini və oyunçunu müşahidə etmək üçün skaut komandaları təyin etdiyini iddia edib.

“La Gazzetta dello Sport” qəzetindəki xəbər oxucularına “Napoli”nin Cənubi Koreyalı ulduza Kim Min Jaenin illik 2 milyon avroluq qonorarını təkmilləşdirərək ildə 6 milyon avro təklif etdiyini çatdırıb. Kim Min Jaenin bu təklifə hələ də müsbət cavab vermədiyi deyilir.

"Fənərbağça"dakı uğurlu çıxışı ilə "Napoli"yə yollanan Kim Min-Jae İtaliya komandası ilə çempionluğa yüksəlib. Adı transfer söz-söhbətlərində hallanan və mövsümün sonunda "Napoli"dən ayrılacağı dəqiq hesab edilən Kim Min-Jae astronomik qiymətə yeni macəraya başlayır.

Aysun / Demedia.az