İlanı əli ilə tutdu, sonra isə... - ŞOK GÖRÜNTÜ



 22:36 16.05.2023     439

Türkiyədə maraqlı hadisə yaşanıb.

Demedia.az xəbər verir ki, Bursada bir vətəndaş evinin bağçasına girən ilanı əli ilə tutub. İri ilanı quyruğundan tutan kişi kameralara tuş gəlib.

Bursansanın Osmanqazi mahalının Ovakça məhəlləsində bir evin bağçasında toyuq hininə girən ilanı çıxarmaq istəyən şəxs etdiyi hərəkətlə hər kəsi təəccübləndirib.

İri ilanı yalın əli ilə quyruğundan tutub heç bir təhlükəsizlik tədbiri görmədən bağdan çıxaran kişi ilanın zəhərli olmadığını öyrənincə onu təbiətə buraxıb. Həmin anları izləyənlər gözlərinə inana bilməyiblər.

Kişinin qorxmaz və soyuqqanlı davranışı diqqət çəkərkən, görüntülər sosial mediada gündəm olub.

Aysun / Demedia.az