Ehtiyatsızlığın qurbanı oldu - ANBAAN VİDEO



 23:48 16.05.2023     497

İstanbul Avcılarda bir evdə çarpayının üstündə işlək vəziyyətdə qalan saç qurutma maşını yanğına səbəb olub.

Demedia.az xəbər verir ki, Mustafa Kamal Paşa Məhəlləsindəki binanın ikinci mərtəbəsində yaşayan Erol Efe Akkuşun vanna qəbul etdikdən sonra fenini çarpayının üzərinə qoyduğu iddia edilib.

Bir müddət sonra çarpayı yanıb. Otaqda yanğından tüstü çıxdığını görən Akkuş və qonşuları dərhal yanğınsöndürənlərə zəng edib.

Qısa müddətdə gələn yanğınsöndürmə qrupu yataq otağında yanan çarpayını tamamilə söndürüb. Erol Efe Akkuş yanğınsöndürənlərə və polisə bildirib ki, yanğın evdə tək qalarkən baş verib və fenini yataq otağındakı çarpayının üzərində işlək vəziyyətdə qoyub. 

Aysun / Demedia.az