BMT Türkiyəyə təşəkkür etdi



 16:14 16.05.2023     290

Birləşmiş Millətlər Təşkilatının baş katibinin humanitar məsələlər üzrə köməkçisi Martin Griffits Türkiyə hökumətinə taxıl sazişi ilə bağlı göstərdiyi səylərə görə minnətdarlığını bildirib.

Demedia.az xəbər verir ki, o bildirib ki, Rusiyanın Ukraynaya hücumunun humanitar fəsadları dünya ölkələri üçün çətinliklər yaradıb. Humanitar probemlər Ukraynada da müşahidə edilib. Bu ilin ilk rübündə təxminən 3,6 milyon insanın humanitar yardım aldığını bildirən Griffitsin sözlərinə görə, yardımların çatdırılmasında hələ də bəzi maneələr var.

O bildirib ki, Qara dənizdəki taxıl sazişinin davam etdirilməsi böyük əhəmiyyət kəsb edir. Griffits tərəfləri öhdəliklərini yerinə yetirməyə çağırıb.

Bahadur Seyidov