Myanmada qasırğada ölənlərin sayı 41-ə yüksəldi



 16:19 16.05.2023     287

Myanmada təsirli olan Moça qasırğasında ölənlərin sayı 41-ə yüksəlib.

Demedia.az xəbər verir ki, bu barədə yerli mənbələr məlumat verib. Bildirilir ki, ölkənin qərbində bir çox şəhər sular altında qalıb. Ən çox fəsad Arakan əyalətində müşahidə edilib. Rəsmilərin məlumatına görə, 100-dən çox insan itkin düşüb. Buna görə də ölənlərin sayının artacağı ehtimal edilir. Məlumata görə, qasırğa nisbətən səngiyib. Dağıntılara səbəb olan Arakanda artıq qasırğa dayanıb.

Qeyd edək ki, qasırğadan əvvəl yüz minlərlə insan təxliyə edilmişdi. Sahilyanı ərazilərin sakinləri digər ərazilərə köçürülmüşdü.

Bahadur Seyidov