İmran Xan tərəfdarlarına çağırış etdi



 16:28 16.05.2023     290

Pakistanda həbs ediləndən sonra etirazlara görə azad edilən keçmiş baş nazir İmran Xan tərəfdarlarını aksiyalara çağırıb.

Demedi.az xəbər verir ki, o bildirib ki, əhali azadlığı üçün aksiyalara çıxmalıdır.  “Azadlıq asan əldə edilmir. Siz onu qoparmalısınız. Onun üçün fədakarlıq etməlisən” – İmran Xan tərəfdarlarına çağırışda deyib. Tərəfdarlarını meydanlara çağıran İmran Xan yenidən seçkilərin keçirilməsini tələb edib.

Pakistanın daxili işlər naziri Rana Sanaullah Xanın həbsindən sonra başlayan etirazlara toxunaraq bildirib ki, nümayişçilər geri çəkilməsə İmran Xanın lideri olduğu Pakistan Ədalət Hərəkatı partiyasına məhdudiyyətlər tətbiq ediləcək.

Bahadur Seyidov