Şimali Koreyadan ABŞ-a xəbərdarlıq



 16:42 16.05.2023     292

“Yaponiyanın NATO ilə yaxınlaşmasının və gizli ittifaq axtarışının arxasında ABŞ-ın dayanır”.

Demedia.az xəbər verir ki, Şimali Koreya Xarici İşlər Nazirliyinin Yaponiya Araşdırmaları İnstitutundan Kim Sol-hva belə deyib. O bildirib ki, NATO-nun Asiyada ilk dəfə Tokioda ofis açmaq planı Yaponiyanın NATO ilə “gizli ittifaqı”nın nümunələrindən biridir. Yaponiyanın NATO ilə hərbi əlaqələrinin beynəlxalq ictimaiyyətdə böyük narahatlıq yaratdığını deyən Kimin sözlərinə görə, Yaponiya ilə NATO arasında yaxınlaşmanın arxasında ABŞ dayanır və Vaşinqton bu yolla Asiya-Sakit okeanı regionunda hegemonluğunu saxlamağa çalışır.

Kim vurğulayıb ki, ABŞ İkinci Dünya Müharibəsindən sonra Qərb ölkələrini kommunist ölkələrinin təcavüzündən qorumaq bəhanəsi ilə Asiya-Sakit okeanı regionunda hərbi blok yaratmağa cəhd edir.

Bahadur Seyidov