Borrell Ukraynaya uzaqmənzilli silahların tədarükünü dəstəklədi



 16:58 16.05.2023     296

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Borrell Ukraynaya uzaqmənzilli silahların tədarükünü dəstəkləyib.

Demedia.az xəbər verir ki, o bildirib ki, Ukrayna ordusu ruslar kimi uzaqmənzilli silahlardan istifadə etməlidir. Borrellin sözlərinə görə, Rusiya uzaq məsafədən hücumlar həyata keçirir və ukraynalılar da eyni məsafədən hücumlar təşkil edə bilməlidirlər.

Qeyd edək ki, Böyük Britaniya Kiyevə "Storm Shadow" qanadlı raketləri tədarük edib. Raketlər 250 kilometr məsafədəki hədəfləri vura bilir. CNN-in məlumatına görə, London raketlərdən Rusiyanın ərazisinə hücum məqsədi ilə istifadə edilməyəcəyinə dair Kiyevdən zəmanət alıb.

Bahadur Seyidov