Britaniya Ukraynaya PUA verir



 17:24 16.05.2023     315

Böyük Britaniyanın Baş naziri Rişi Sunak Ukraynaya uzaq mənzilli hücumlar həyata keçirə bilən PUA-lar göndərilməsinə razılıq verib.

Demedia.az xəbər verir ki, bu barədə Britaniyanın Baş nazirinin mətbuat ofisi açıqlama verib. Açıqlamada deyilir ki, Ukraynaya yüzlərlə hava hücumundan müdafiə raketləri və 200 kilometrdən çox mənzilə malik yüzlərlə yeni uzaqmənzilli zərbə PUA-ları tədarük ediləcək. Bildirilib ki, bunlar Ukraynanın davam edən Rusiya işğalına qarşı müqavimətini gücləndirməsinə xidmət edir.

Qeyd edək ki, bundan əvvəl Britaniya Ukraynaya uzaq mənzilli “Storm Shadow” qanadlı raketləri verib. Bu raketlər 250 kilometrdən çox mənzilə malikdir.

Bahadur Seyidov