Rusiya ABŞ-ın müdafiə sistemini vurmaq istəyib



 17:42 16.05.2023     312

Rusiya hərbçiləri ABŞ-ın Ukraynaya verdiyi “Patriot” hava hücumundan müdafiə sistemlərini vurmağa cəhd edib.

Demedia.az xəbər verir ki, bu barədə ABŞ mediası məlumat verib. Bildirilib ki, “Patriot” müdafiə sistemi yaxınlaşan Rusiyanın hipersəs raketini məhv edib. ABŞ rəsmilərinin məlumatına görə, Rusiya “Patriot” müdafiə sistemini vurmaq üçün "Kinzhal" hipersəs raketlərindən istifadə edib. “Patriot” sistemi hədəfi müəyyənləşdirərək, bir neçə yüz kilometr məsafədən  məhv edib.

Qeyd edək ki, "Kinzhal" raketləri Rusiyanın müasir raketlərindən hesab olunur. "Kinzhal" raketinin vurulduğu barədə xarici mediada məlumatlar dərc edilsə detallar açıqlanmamışdı.

Bahadur Seyidov