Belçika ukraynalı pilotlara təlim keçir



 14:15 17.05.2023     312

Belçika ukraynalı pilotlara F-16-ları idarə edə bilmələri üçün təlim keçməyi planlaşdırır.

Demedia.az xəbər verir ki, bu barədə Belçika mətbuatı yazıb. Bildirilir ki, Fransa və Böyük Britaniyadan sonra Belçika da ukraynalı pilotlara döyüş təyyarəsi təlimi vermək istəyir. Məlumata görə, Belçikanın baş naziri Aleksandr De Kroo bu barədə Ukrayna prezidenti Vladimir Zelenskiyə bildirib. Belçika hökuməti təlimlərin təşkili ilə bağlı digər Qərb dövlətləri ilə məsləhətləşəcək.

Qeyd edək ki, Ukrayna Qərb ölkələrindən qırıcı təyyarələr tədarük etməyi tələb edir. Ukraynaya tank, top, zirehli texnika kimi müxtəlif ağır silahlar tədarük edilsə də, hələlik Qərb dövlətləri tərəfindən döyüş təyyarələrinin tədarükü ilə bağlı qərar verilməyib.

Bahadur Seyidov